Gözləri doymayan insanlar...
Görəsən, biz insanların gözləri niyə doymur! Onların hər şeyləri var ey! Sayı- hesabı bilinməyən ev- eşikləri, maşınları, pulları, biznes şəbəkləri...
Tay nə bilim, nələri! Amma yenə gözləri onun- bunan əlindədir! Və onların tamahları Murtuzəli qılıncından da itidir. Zalımlara dünyanı verəsən yenə doymayacaq. Bir tanışım vardı; hər cür imkanı, varı, dövləti və villası... Amma onunkundan uca və geniş villa görəndə köks ötürüb deyərdi ki, kaş mənim də belə imarətim olaydı. Deyirdim ki, müəllim, axı sənin də üç mərtəbəli imarətin var, bəs eləmir?
Dillənirdi ki, nolsun var. Bu , mənimkindən daha yaxşıdır. Axır ki, elə bir ev də tikdirdi! Ancaq gözləri doymadı.Diyaliz xəstəsi idi. Çanına baxmadı, rəhmətə getdi! Axırda da oğlu ilə qızı mal- mülk üstündə bir- birin qırdılar. Hələ də məhkəmədə mülk davası gedir. Əsəbləri dözməyən qız qardaşın bıcaqladı. Qardaşı xəstəxanaya düşdü, özü isə türməyə! Çünki o mülklər haram pulla tikilmişdi, qarğışla inşa olunmuşdu və haram pulla görülən işin axırı həmişə belə olur.
Bunlar hamısı tamahının qurbanı olan insanlardır. İnsan var, tamahının qurbanı olur, insan da var , tamahı onun qurbanı. Ən güclü və Allaha yaxın , ədalətli, vicdanlı insanlar heç vaxt tamahının qurbanı ola bilməz!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Oktyabr 2026 13:07
Heyva doğrandıqdan sonra niyə qaralır? - Rəngini qorumağın praktik yolları
25 Oktyabr 2026 13:00
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
24 Oktyabr 2026 10:23
Lotereyada ada qazanmışdı - 220 minə satır
24 Oktyabr 2026 10:00
Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
24 Oktyabr 2026 09:13
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
22 Oktyabr 2026 09:10
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
21 Oktyabr 2026 08:53
Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir
21 Oktyabr 2026 07:52


Bakı -°C

