adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Iyun 2023 18:32
942
MARAQLI

Taksi sürücüsü festivala gələn qırğızlardan 70 manat pul alıb

“Kitab sərgisinin iştirakçıları olan qırğız qonaqlarımızı bizim taksiçimiz "Alov qüllələri" tərəfdən "Elmlər Akademiyası" tərəfə 70 manata gətirib”.

Adalet.az xəbər verir ki, bu sözləri İlqar Tağı deyib.

“Özləri bu müəmmanı sərgi iştirakçısı olan bizlərə izah edə bilmədilər. Taksiçinin onlardan on qat artıq pul aldıqlarını dedikcə, dəhşətə gəldilər. Amma, şikayətçi olmaq istəmədiklərini də dedilər.

Çekdə 96 manat yazıldığını iddia edirdilər.

Taksiçi 26 manat geri qaytararaq, "70 bəsdir, sağ olun" deyib. Güman edirəm, taksidən düşəndə tacik qardaşlarımız sərgiyə gələ-gələ öz aralarında xalqımızın ürək genişliyinə təriflər yağdırıblar...

Bunun yozumu belə olsun gərək.

Demək, sayğac 9 man 60 qəpik yazıb, amma bizim qiymətlərdən, pul əskinaslarımızdan başı çıxmayan qonaqlar  96 manat biliblər. Üç nəfərə atışaraq, bu məbləği topalayıb taksiçiyə uzadıblar.

Taksiçimizdə "qonaqpərvərlik və milli qeyrət hissi" güc gəlib, ona görə də böyük jest edərək qonaqlarımızdan 96 manatı alsa da, "mənə 70 də bəsdir" deyərək, 26 manatı qaytarmışdır.

Tacik qardaşlarımız şikayətçi olmaq istəmədilər. Hərçənd, taksinin nömrəsini bilirdilər.

Həm də ədəbiyyat adamı olduqları üçün bu olaya maraqlı həyat epizodu donu geyindirərək, üstündən keçməyə üstünlük verdilər. Bəlkə də gələcəkdə bizim taksiçimiz taciklərin hər hansı nəsr əsərinin qəhrəmanına çevriləcək.

Xoşbəxt taksiçisi!”

 

Eminquey