Tanınmış plastik cərrahı öldürən əri ilə bağlı HƏBS QƏRARI VERİLDİ
Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Adalet.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.
Qeyd edək ki, dünən-mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər hospitallardan birincə plastik cərrah kimi fəaliyyət göstərib.
Digər Xəbərlər
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar - 14 ilədək həbs
24 Aprel 2026 09:58
Dövlət Xidmətinin iki şöbə rəisi həbs olundu
23 Aprel 2026 21:20
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi - YENİLƏNİB
23 Aprel 2026 12:51
“Azərbaycanda mediasiya xidmətini üstünlükləri”
22 Aprel 2026 10:25
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:15
Ailəsini qətlə yetirən Əhməd saxlanıldığı tibb müəssisəsindən buraxılıb? - RƏSMİ
16 Aprel 2026 09:55


Bakı -°C

