23 Sentyabr 2025 12:04
77
ƏDƏBİYYAT

Tanınmış şair Məmməd Aslanın anım günüdür

Bu gün Azərbaycan poeziyasına töhfələr vermiş şair, tərcüməçi Məmməd Aslanın anım günüdür. Şair 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Ziyalı ailəsində dünyaya göz açan şair  ailəsindəki bu “ənənə”ni davam etdirib. Orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olur. Bir müddət müəllim kimi fəaliyyət göstərsə də,  sonra “Yenilik” qəzetində məsul katib, Bakıya köçəndən sonra isə “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb. 

“Yazıçı” nəşriyyatında böyük redaktor  vəzifəsini icra edən Məmməd Aslan Azərbaycan Dövlət Teleşirkətinin, “Ekran-Efir” qəzetinin baş redaktoru olmuşdur.

Onun yaradıcılığı təbiət və ilahi gözəllik mövzulu şeirlərlə zəngindir. Məmməd Aslan həm də Uşaq Ədəbiyyatına əvəzsiz töfhələr vermiş şairdir. 
Tanınmış şair Məmməd Aslan Ulu Öndər Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 

“Şöhrət” ordenli şair Məmməd Aslan  2015-ci il setyabrın 23-də  Zaqatala rayonunda vəfat edib. Şair  Masazır qəbirstanlığında dəfn olunub.


Əntiqə