Şəlalə Camal: Sən gedəni...
Sən gedəni bu evin,
İşıqları da yanmır.
Sən gedəni qəlbimə,
Daha sevgi yol almır.
Sən gedəni saat da,
Həminki vaxtda qalıb.
Hava duman, göy qara,
Sanki yağış da yağıb.
Yağışın qoxusu da
Otağıma yayılıb.
Arabir külək belə
Əsir… dəlidir nədir?!
Sən gedəni külək də,
Qapımı döyəcləmir.
Sən gedəni hər sözün,
Qulağımda səslənir.
Narahat olma məndən,
Necə varam — eləyəm.
Bəlkə əsən küləktək,
Ağlım gedib, dəliyəm...
Sən gedəni, büründü,
Zülmətə otağım da...
Buz bağladım hər fəsil,
İsinmədim yayda da.
Sən gedəni yadından
Çıxmışam Allahın da.
Sən gedəni qapım da,
Döyülmür, qadan alım…
Digər Xəbərlər
09 Oktyabr 2026 17:06
“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi
09 Oktyabr 2026 10:17
“Hansı qurum şəhərdə başörtüsündə gəzən xanımlara güldən ağır söz deyir?”
08 Oktyabr 2026 20:06
Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər
08 Oktyabr 2026 15:40


Bakı -°C

