Tanınmış teleaparıcı məhkəməyə verildi: “Öldürüldükdən sonra yandırılan Tahir...”

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərli ilə yenicə məhkəmə çəkişməsi sakitləşmişdi ki, növbəti dəfə haqqında məhkəməyə şikayət edildi.
Adalet.az xəbər verir ki, şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərdə yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.
“İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də Arif Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib” - deyə, vəkil bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kəndində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən davam etdirilir.
Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb:
“Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəmin əxlaqına bələddirlər...”
A.Muradovun sözlərinə görə, “Səni axtarıram” verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.
Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

KTN-nin vəzifəli şəxslərinin məhkəmələri başlayır

"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov

"Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq" - İlqar Səfərov

"Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır" - Baş Prokurorluq

Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, ekspertiza təyin olunub

Rusiyada öldürülən azərbaycanlılarla bağlı detallar açıqlanıb - VİDEO
