Tanınmış yazıçı, jurnalist Aqil Abbasla görüş keçirilib - FOTOLAR
İyunun 19–da Naxçıvan Gənclik Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Filialının təşkilatçılığı ilə yazıçı–jurnalist, Milli Məclisin deputatı Aqil Abbasla görüş keçirilib.
Tədbirdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Filialının direktoru Arzu Qasımov çıxış edərək Aqil Abbasın özünəməxsus yazıçılıq üslubundan, tanınmış qələm sahibinin məşhur “Dolu” romanı və roman əsasında çəkilmiş eyniadlı filmin gənclərimizə, eləcə də digər insanlara aşıladığı vətənpərvərlik hissindən söz açıblar. Diqqətə çatdırılıb ki, Aqil Abbas yaradıcılığının ana xəttini vətənpərvərlik və milli təəssübkeşlik hissləri təşkil edir. Müəllifin qələmə aldığı hər bir hekayə və povestdə Azərbaycan xalqının mübarizlik əzmi, Qarabağ həsrəti, azadlıq hissi və düşmənə qarşı qisas yanğısı öz bədii qüdrətini qoruyub saxlayır.
Vurğulanıb ki, filologiya fakültəsinin məzunu olan Aqil Abbas əmək fəaliyyətinə müəllim kimi başlayıb. O, müasir Azərbaycan jurnalistikasının və çağdaş ədəbiyyatımızın sevilən nümayəndələrindən biridir. Onun Qarabağla bağlı işıq üzü görən bir çox yaradıcılıq nümunələri 30 il düşmən işğalında olan torpaqlarımızın azad olunmasına xalq inamının yaranmasında, o cümlədən milli ruhun saxlanılmasında və qələbə əzminin formalaşmasında böyük rol oynayıb. Ümumilikdə onun həyatı və yaradıcılıq yolu ölkəmizin siyasi və mədəni həyatında mühüm rol oynayır.
Ardınca yazçı, jurnalist Aqil Abbas tədbir iştirakçıları ilə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb. Daha sonra yazıçı Vətən müharibəsində qəhrəmanlıqla döyüşən qazilərimizlə görüşüb, onlara və digər tədbir iştirakçılarına müəllifi olduğu kitablardan hədiyyə edib.
Sonda xatirə fotoları çəkilib və “Dolu” filminin baxış olub.
Digər Xəbərlər
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55


Bakı -°C

