adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2022 12:24
405
MARAQLI

TARİXDƏ BU GÜN ...

Bünyamin Bünyadzadənin təqdimatında...

Bu günün təqvimində nələr var?“Tarixdə bu gün... “rublikamız davam edir. Bu gün 18 may tarixində ölkəmizdə və dünyada baş verən ən mühüm və maraqlı hadisələrin xronolgiyasını sizə təqdim edirəm;

18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.

Bu gün dünya şöhrətli şair Ömər Xəyyamın da doğulduğu gündür. Dahi şair 1048 – ci ilin 18 mayında Səlcuq dövlətinin Xorasan vilayətininNişapurşəhərində anadan olub.

Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonraSəmərqənddəqərar tutmalı olur. 1074-cü ildəİsfahanarəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahıMəlik şahınvə vəziriNizam-əl Mülkünvəfatından sonraİsfahanıtərk etməli olur.

Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddətMərvdəMəlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.

Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr verib. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla –hiperbolailədairəninkəsişməsindən almışdır. OnunGünəş sistemininheliosentrik nəzəriyyəsiniKopernikdənçox-çox əvvəl irəli sürməsi də bildirilir.

Ömər Xəyyam həyatı boyu evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım, sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O,İbn-Sinanınböyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlərinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.

Ömər Xəyyamın rübailərindən seçmələr Əkrəm Cəfər tərəfindən fars dilindən tərcümə edilmiş, kitab "Rübailər" adı ilə 1984-cü ildə çap olunub.

Bu gün məhşur Qazaxıstan şairi, Oljas Süleymanovun doğum günüdür. Oljas Süleymanov18 may1936-cı ildəQazaxıstanınАlma-Ata şəhərində anadan olub. Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olub.25 aprel2016-cı ildəBakıdaAMEAElmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə,Nizami adına Ədəbiyyat İnstitutununFəxri Doktoru adına layiq görülüb.

Dünyanın ümumi ictimai – siyasi mənzərəsi isə 18 may tarixi üçün belədir:

18 may 1763– cü ilin bu günü Kanadada güclü yanğın baş verib. Yanğın Monreal şəhərinin çox hissəsini tamamilə məhv edib.

1897- ci ilin bu günü İrlandiyalıyazıçıBrem StokerinDrakulanovellası nəşr edilib.

1944 -cü ilin 18 mayı,Krım tatarlarınındeportasiyasına başlanılıb.

1992 – ci ilin 18 tarixində Azərbaycan RespublikasıMoldovailə diplomatik əlaqələr qurub.