adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
19 May 2022 12:02
332
MARAQLI

Tarixdə bu gün...

Bünyamin Bünyadzadənin təqdimatında...

Bu günün təqvimində nələr var?“Tarixdə bu gün... “rublikamız davam edir. Bu gün 18 may tarixində ölkəmizdə və dünyada baş verən ən mühüm və maraqlı hadisələrin xronolgiyasını sizə təqdim edirəm;

19 may tarixin bu günü, Azərbaycanın xalq şairi Rəsul Rzanın dünyaya gəldiyi gündür.

Rəsul Rza 1910-cu il mayın 19 - daAzərbaycanın Göyçayşəhərində maarifpərvər ailədə doğulub.Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəliklə dolanıb.Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatıb.Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd edib;


“ Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.

O, 1930-cu ildəBakıyaköçür. Bakıda Rza məktəb yoldaşı və şairAbdulla Faruqdanbaşqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınanMikayıl Müşfiq,Süleyman Rüstəm,Mehdi Hüseyn,Səməd Vurğun,Mikayıl Rəfili,Əli Nazim,Mirzə İbrahimovvə başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" Yazıçı dostuSabit Rəhmanahəsr etdiyi "Xatirələr düzümü" poemasında da (1971) R.Rza "Gənc işçi" qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:

İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız
sevincimiz,
həyəcanımız
olan yer. ...
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə
Necə keçim o yolu?..


1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunub.

19 may tarixində dünyanın müxtəlif ölkələrində baş verən əsas hadisələr isə belədir:

1929 – cu ilin 19 mayındaABŞ-da"Oskar" mükafatıtəsis olunub.

1997– ci ilin bu günü Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub.

1998– ci ilin bu tarixində Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib.

1999 - cu ilin bu günü Sumqayıtşəhər 8 saylı orta məktəbin hərbi dərsindəRQD-5əl qumbarası partlayaraq 6 nəfər ölmüşdür, 18 nəfər yaralanıb.

2015 - cilin 19 mayında Binəqədi rayonundabirbinada yanğınbaş verib.Hadisə nəticəsində 15 nəfər həlak olmuş 64 nəfər yaralanıb.