Taşirdən Qarabağadək: Milyarderin cinayətkar fəaliyyəti

Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan "Taşir" şirkətlər qrupunun təsisçisi, erməni milyarder Samvel Karapetyanla görüşüb.
Bu o Samvel Karapetyan dəfələrlə “Forbes” və “Bloomberq“ jurnallarında ilin milyarderləri siyahısında adı çıxıb. Azərbaycan isə onu ”Qarabağa qanunsuz yollarla silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimatlar daşıdığına görə tanıyır. Hətta Tovuz döyüşlərindən həmən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsində Rusiyada yaşayan bu 3 milyarderin : Samvel Karapetyanın , Ara Abramyanın, Ruben Vardaryanın adı hallanır. S. Karapetyanın bütün bu işlərə görə ittiham olunaraq Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilib.
Maraqlı nüansın biri də odur ki, ötən ilin dekabrında İş adamı Qarabağdakı uğursuz fəaliyyətə görə hökumətin istefa verməsini, hakimiyyətin qansız dəyşidirilməsini vacib sayır və Nikol Paşinyanı istefaya səsləyirdi.
Tanımayanlar üçün: Samvel Karapetyan kimdir?
Samvel Karapetyan 1965-ci il avqustun 18-də Sovet Ermənistanının Kalinino (indiki Taşir) şəhərində anadan olub. (bu o Kalinino şəhəri idi ki, 90-cı illərin əvvəllərində Sumqayıt və Bakı ermənilərinin çoxu bura üz tuturdu və “qaçqın” statusu alırdılar)
Ali təhsilini isə Yerevan Texniki İnstitutunun maşınqayırma fakültəsində alıb. Samvelin bütün biznesinin başında Ermənistanı çiçəkləndirmək , inkişaf etdirmək dururdu. O, uzun illərdir Rusiyada qazandığı maliyyə vəsaitlərini Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin investisiya layihələrinə yatırır.
Medianın məlumatlarından
“Məsələn, 2012-c ilin oktyabrında Yerevanın mərkəzində ölkədə ilk iri ticarət kompleksi – “Dalma Garden Mall” istifadə verilib. Prezident Serj Sərkisyanın açılışında iştirak etdiyi kompleks 43 min 500 kvadrat metr ərazini əhatə edir və 52 milyon dollara tikilib. Tikintinin bütün maliyyə xərcini Samvel Karapetyan ödəyib. Bununla yanaşı, Karapetyana məxsus “Taşir” şirkəti 2011-ci ildən bəri dəyəri 25 milyon dollar olan Yerevan sirkinin yeni binasını tikir. “Taşir” şirkətinin xeyriyyə işləri ilə məşğul olan strukturları ölkənin müxtəlif bölgələrində iri təhsil-səhiyyə obyektlərinin tikintisini gerçəkləşdirirlər. Hər il keçirilən “Hayastan” Ümumerməni Fondunun telemarafonlarına Karapetyan milyonlarla vəsait ayırır.
2013-cü ilin dekabrında isə onun sponsorluğu ilə Azərbaycanın işğal altındakı Xankəndi şəhərində dəyəri 25 milyon dollar olan xəstəxananın açılış mərasimi keçirilib. Bundan başqa, erməni biznesmen Ermənistan ordusuna dəyəri 200 min dollar olan 5 hərbi maşın da hədiyyə edib.
Samvel Karapetyanın kiçik qardaşı Karen Karapetyan hakimiyyətdəki Respublika Partiyasının əsas simalarından biridir. Karen Karapetyan 1995-ci ildən bu günə qədər 4 dəfə Ermənistan parlamentinə hakim partiyadan deputat seçilib. Bundan başqa, 2008-2011-ci lllərdə Serj Sərksiyan administrasiyasının rəhbəri, 2012-ci ildə isə Yerevan şəhərinin meri vəzifələrində çalışıb.
Ermənistan mətbuatının məlumatına görə, Samvel Karapetyan tez-tez Ermənistana gəlir. Onu prezident Serj Sərksiyan, baş nazir Ovik Abramyan, “Çiçəklənən Eermənistan” Partiyasının sədri və Ermənistanda ən zəngin biznesmen sayılan Qaqik Çarukyan, Respublika Partiyasının biznesmen deputatı Samvel Aleksanyanla dostluq münasibətləri birləşdirir. 2012-ci ildə Ermənistana növbəti gəlişi zamanı erməni oliqarxlar “Zvartnosts” hava limanının uçuş zolağını 2 saat bağlayaraq, elə uçuş zolağındaca təmtəraqlı ziyafət təşkil ediblər. Ziyafətin davam etdiyi 2 saat ərzində heç bir təyyarə Yerevana enə, yaxud havaya qala bilməzdi.
Mətbuatadan uzaq gəzən və şəxsi həyatını hər kəsdən gizli saxlayan Samvel Karapetyan 3 uşaq atasıdır. Ermənistan mətbuatının məlumatına görə, onun qızı deputat Samvel Aleksnayanın yaxın qohumu ilə evlidir. 2 oğlu isə Britaniyadakı elitar təhsil müəssisəlrində oxuyur.”(Modern.az)
Şəxsi sərvəti Ermənistanın dövlət büdcəsaindən 2 dəfəyə yaxın çox olan Samvel Karapetyan 2,5 milyard dollar şəxsi sərvətlə Rusiyanın 39-cu ən zəngin iş adamıdır. O, Ermənistan hakimiyyətinin çəkindiyi və bütün istəklərini həvəslə yerinə yetirdiyi biznesmen kimi tanınır.
Qarabağa qeyri-leqal yollarla silah daşıdığına görə, eyni zamanda Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.
Yəqin ki, Paşinyan hakimiyyəti Robert Köçəryanı, Serj Sarkisyanı Azərbaycana təhvil verərkən Samvel Karapetiyanı da unutmayacaq... Ümid edək!
Əntiqə Rəşid