25 May 2022 10:00
709
ŞOU-BİZNES

Tatlısəsin “vəliəhd“ elan etdiyi 12 yaşlı “Küçük İbo” 38 yaşında: Şok dəyişim - FOTOLAR

90-cı illərin məşhur uşaq müğənnisi "Küçük İbo"adıyla tanınan İbrahim Halil Küçük yanıqlı səsi ilə İbrahim Tatlısəsin vəliəhdi olaraq göstərilirdi. Tatlısəsin konsertində mahnı ifa edərək gündəmə gəldi və 12 yaşındaykən oxuduğu mahnılardan ibarət albom çıxartdı. "Küçük İbo" serialı isə onun ekranlara debütü oldu. Çəkildiyi uğurlu serialdan sonra fanatlarının sayını artıran gənc oğlan Hülya Avşarın proqramında onun qucağında oturmasıyla da gündəmi bir xeyli məşğul etdi.

16-17 yaşlarında səsinin dəyişməsini əvvəlki kimi oxuya bilmədiyi deyib uzun müddət sənətdən uzaqlaşdı. 2013-cü ildə yenidən albom çıxartsa da şöhrəti bu dəfə yaxalaya bilmədi.

Adalet.az SABAH qazetesi-nə istinadən xəbər verir ki, hazırda 38 yaşı olan Halil İbrahim Küçük səhnəyə qayıdıb. “Küçük İbo” İbrahim Tatlısəslə görüşüb və onunla fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, İbo bir neçə il əvvəl “Söylemezsem olmaz” verilişində qalmaqallı açıqlamalar vermişdi.İfaçı İbrahim Tatlısəsə qarşı gözlənilməz ittihamlar irəli sürüb: “Özünü mənə dəstək olan kimi göstərənlər əslində yolumu kəsdilər. Mənim gələcəyimdən çox qorxdular. İbrahim Tatlısəs onsuz da qardaşı Hüseyn Tatlıya dəstək olmur, məni necə dəstəkləsin? Mən onun vəlihədi elan etdiyi ilk adamam. Daha əvvəl İbrahim Tatlısəsin şou proqramında 6 ay pul almadan mahnı söylədim. Məni dəstəkləmiş kimi göründü, amma əslində elə deyildi. Ancaq onun fanatı olduğum üçün hörmət etdim”.

Əntiqə Rəşid