19 Avqust 2025 17:51
259
İQTİSADİYYAT

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb

2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir.

Bu barədə Adalet.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.