Taxıl böhranı Azərbaycanı da "vurur" - Çörək bahalaşacaq? - VİDEO
Son vaxtlar dünyanı narahat edən əsas məsələlərdən biri də ərzaq qıtlığıdır. Xüsusi ilə qlobal buğda böhranı vəziyyəti daha da çətinləşdirir. Eskpertlər deyirlər ki, Rusiyanın Ukraynaya başlatdığı müharibə buğdanın qıtlığına səbəb olmaqla yanaşı idxalla bağlı da problemlər də yaradır. Qıtlıq və daşınma xərclərinin artması isə dünya bazarında qiymətlərə təsirsiz ötüşmür.
Adalet.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ölkəmizdə də ərzaqlıq buğdaya olan tələbat idxal hesabına qarşılandığı üçün unun və çörəyin qiymətlərini nəzarətdə saxlamaq çətinləşir.
Dünyada baş verən proseslərlə əlaqədar qlobal buğda böhranı yaşanır. Qıtlığa səbəb olan əsas faktorlardan biri isə Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Çünki hər iki ölkə dünyada ciddi payı olan taxıl istehsalçılarıdır. Bunu açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert deyib ki, böhran ölkəmizə də təsirsiz ötüşmür.
Onun sözlərinə görə Azərbaycan ərzaqlıq buğdaya olan tələbatın böyük hissəsini idxal hesabına qarşılayır. Bu isə qiymətlərin nəzarətdə saxlanmasında problemlər yaradır.
2022-ci ilin yanvar-iyun aylarında 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda idxal olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə idxal olunun buğdanın həcmi 0,5 faiz azalıb, dəyəri isə 40 faiz artıb.
2022-ci ilin iyul ayında isə ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat təşkil edib. Bu il Azərbaycan Rusiya ilə yanaşı Qazaxısandan da buğda idxalı həyata keçirib.
Eldəniz Əmirov vurğulayıb ki, təsirlərin minumuma endiriləməsi, çörəyin qiymətinin artmaması, buğdanın qiymətinin nəzarətdə saxlaması üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, ötən il Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan edib.
Digər Xəbərlər
30 Mart 2026 10:32
"Brent" bahalaşdı
30 Mart 2026 10:00
“Onların hər cümləsi təkcə şəxsi fikir deyil...” - İqtisadçı
26 Mart 2026 11:04
Necə varlanmaq olar? - İqtisadçı açıqladı
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21


Bakı -°C

