Tbilisidə “Ambassador” otelini yandıran şəxs saxlanıldı
Tbilisidəki məşhur “Ambassador” mehmanxanasında baş verən yanğınla bağlı bir nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının mehmanxanada qonaq olan 1995-ci il təvəllüdlü A.L. tərəfindən törədilib. Həmin şəxs tərəfindən oteldə başladılan yanğın daha sonra otelin üçüncü və dördüncü mərtəbələrinə yayılıb. Yanğının qarşısı alınıb.
Qeyd olunub ki, saxlanılan şəxs kazinoda külli miqdarda pul uduzub və bundan sonra xeyli spirtli içki qəbul edərək otelin eyvanına çıxıb. Həmin şəxs orada anlaqsız hərəkətlər edib və diqqəti cəlb etməyə çalışıb. Bundan sonra isə oteldə yanğın törədib.
Faktla bağlı istintaq aparılır.
Digər Xəbərlər
07 Aprel 2026 19:20
İstanbuldakı silahlı insidenti terror təşkilatı üzərinə götürdü
07 Aprel 2026 19:00
İsrail Müdafiə Qüvvələri İranda səkkiz körpünü məhv edib - YENİLƏNİB
07 Aprel 2026 18:51
“Sülhün yeganə alternativi sonsuz müharibədir”
07 Aprel 2026 18:45


Bakı -°C

