03 Fevral 2025 15:39
59
SAĞLAMLIQ

TƏBİB: Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların vəziyyəti stabildir

Yanvarın 31-də Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alan iki nəfərin (qadın) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.