Tehranda məktəblər və universitetlər bağlanacaq
İran hakimiyyəti havanın çirklənməsi səbəbindən paytaxt Tehranda iki gün - çərşənbə axşamı və çərşənbə günü məktəbləri və universitetləri bağlayacaq.
Adalet.az xəbər verir ki, İRNA informasiya agentliyinin məlumatına görə, dünən Tehranın Firuzkuh rayonu istisna olmaqla, bütün təhsil müəssisələrini distant təhsilə keçirmək qərara alınıb. Xilasetmə, səhiyyə, hərbi və hüquq-mühafizə orqanlarında çalışanlar istisna olmaqla, dövlət və özəl qurumların işçilərinə evdən işləməyə icazə verilib.
İRNA bildirir ki, paytaxtda məhdud sayda bank filialları işləyəcək. Nəqliyyatın hərəkətinə saat 6:30-dan 20:30-dək məhdudiyyətlər tətbiq olunacaq. Təxminən 9 milyon əhalisi olan şəhərin müəyyən ərazilərinə şəxsi avtomobillərin daxil olması qadağan edilib.
Bundan başqa, qum-çınqıl karxanalarına və sement zavodlarına fəaliyyətini dayandırmaq göstərişi verilib.
Bazar ertəsi günü Tehranda havanın keyfiyyət indeksi 170-i ötüb ki, bu da sağlamlıq üçün zərərli hesab olunur.
Digər Xəbərlər
02 Aprel 2026 19:03
Macarıstan mediası Avropada enerji böhranı riskindən yazır
02 Aprel 2026 17:52
Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
02 Aprel 2026 16:50
Rusiya-Ukrayna danışıqlarında vasitəçi ABŞ-dir - Peskov
02 Aprel 2026 16:30
Kallas və Van İ Hörmüz boğazını müzakirə etdi
02 Aprel 2026 15:44
"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"
02 Aprel 2026 15:43
Hakan Fidan almaniyalı həmkarı ilə İranı müzakirə etdi
02 Aprel 2026 13:48
Cənubi Qafqaz bölgəsinə maraq artır - Kavelaşvili
02 Aprel 2026 13:14


Bakı -°C

