adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 18:50
90
DÜNYA
A- A+

Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib

İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin regional təhlükəsizlik və sabitliklə bağlı dördtərəfli görüşü keçirilib.

Adalet.az IRNA-ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da görüşə qatılıblar.

İclas Pakistanın təklifi, İranın yardımı və əməkdaşlığı ilə çağırılıb.

Regional təhlükəsizlik, ABŞ-İsrail hərbi təcavüzünün nəticələri, hücumların davam etməsi, Fələstin və Livan xalqlarına yardım iclasda müzakirə olunan mövzular sırasındadır.