Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi - FOTO
Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq.
Adalet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.
Nazir bildirib ki, 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb.
"Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - E.Əmrullayev qeyd edib.