adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2022 15:55
1276
ELM VƏ TƏHSİL

Təhsillə bağlı dünyada ən maraqlı faktlar...

Bünyamin Bünyadzadənin təqdimatında...

Bu gün müasir dünyamız müxtəlif ölkələr və millətlərdən ibarətdir. Və təbiidir ki, hər birinin öz zəngin tarixi və mədəniyyəti var. Eyni şeyi təhsil haqqında da demək olar. Təhsil haqqında bəzi maraqlı faktlar olduqca məntiqli və tamamilə təbii görünür. Lakin bəzən bu mövzuda inanılmazlıqlarla da rastlaşa bilərik. Beləliklə də dövlətlərin və xalqların spesifik adət-ənənələri, vərdişləri və öz mentalitetlərinin təsiri nəticəsində müxtəlif fərqliliklər meydana gəlir. Bu ənənələri bilmək və başa düşmək təhsil sistemlərinin xüsusiyyətlərini nəyin müəyyən etdiyini başa düşməyə kömək edəcəkdir. Lakin bütün bunlar vaxt və enerji tələb edən bir proseslərdir. Elə məhz buna görə də fərqli ölkələrdə təlim xüsusiyyətlərini, mənşəyini öyrənmədən heç bir fikir söyləmək doğru sayılmaz.

Beləliklə çeşidli araşdırmalar nəticəsində dünyanın müxtəlif ölkələrindəki təhsillə bağlı maraqlı faktları sizə təqdim edirəm:

Bəhs edəcəyimiz ilk ölkə Avstraliyadır. Paradoksal olaraq, ərazisinə görə bu cür böyük bir ölkədə kiçik bir əhali yaşayır (Kanada ilə müqayisədə daha az). Uzaq bölgələrdə məktəblərə həmişə rast gəlinmir, buna görə təhsil müəssisələrindən çox uzaqda yaşayan uşaqlar radiodan istifadə edərək (distant) təhsil alırlar. Hətta onlar üçün xüsusi verilişlər də var.

Növbəti ölkə Hindistandır. Ölkə əhalisinin sayı çox olduğu üçün ölkədə nəhəng məktəb binaları inşa edilib. Beləliklə də Hindistan dünyanın ən böyük məktəb binasına sahibdir. Həmin məktəbdəə 32 minə yaxın şagird təhsil alır.

Təhsil sistemi ilə bağlı daha bir maraqlı ölkə Çindir. Şagirdlərin ən çox ev tapşırıqlarına görə bu ölkə dünyada birinci yerdədi. Hətta şagirdlərin əksəriyyəti məktəblərdə yaşayır, yalnız istirahət günlərində evə gedirlər.

Fransızməktəblərində isə təhsil prosesindəki fərqlilik,tədris ilinin ən qısa, lakin məktəb günü ən uzun olmasıdır.

Müasir dünyanın ən inkişaf etmiş ölkələrindən biri, iki dövlət dili olanKanadadaşagirdlər və tələbələr iki dildə – İngilis və Fransız dillərində təhsil alırlar.

Öz maraqlı karnavalları ilə məhşur olan Braziliyanın təhsil sistemində maraqlı məqamlar var. Bu ölkədə nahar yeməyini ailə ilə birlikdə etmək çox vacib sayılır. Uşaqların nahar vaxtı təhsillərini bitirib və ailələri ilə birlikdə yeməyə evə qayıtması üçün məktəb günü çox erkən başlayır – səhər yeddidə. Dərs gününün bu cür erkən başlaması onları o qədər də incitmir, çünki yeni gün üçün onların dərslərini etməyə və dincəlməyə çox vaxtları olur.

Avropanın ən maraqlı ölkələrindən biri Niderlandda isəuşaqlar dörd yaşında, məktəb yaşına çatdıqdan sonra məktəbə gedirlər. Hələ tezdir, sizcə də elə deyilmi? Amma Niderland dövləti əksini düşünür.

Musiqi və turizm mərkəzi olan İtaliyada da maraqlı bir fakt var. Dünyada ən kiçik məktəb İtaliyanın Turin şəhərindədi, orada yalnız bir uşaq oxuyur.

Banqladeşdəisə üzən qayıq məktəbləri görə bilərsiniz. Bu ölkədə sellərin yaratdıqları fəsadların məktəblərə mənfi təsirinə görə bu problemi həll etmək üçün bir seçim idi. Bu qayıqlarda İnternet və kitabxanalar da daxil olmaqla sizə lazım olan hər şey var.

Həddən artıq soyuq iqlimə malik İslandiyada da təhsillə bağlı maraqlı faktlar var. Sərt soyuq iqlimi olan bu ölkədə təbii olaraq isti trikotaj geyimlərə böyük tələbat var. Bəlkə də buna görə burada məktəb tədris proqramında toxuculuq fənni var. Çox praktikdir və faydalıdır.

Şərqin parlayan ulduzu olanYaponiyaməktəblərində tədris ili aprel ayında başlayır. Heç kim bunun səbəbini izah edə bilməz. Amma yapon uşaqlarının yay tətili var . Təbii ki, bu məqam təhsildə çox önəmlidir.