Azərbaycan və İran nümayəndələri bəzi məsələləri müzakirə etdilər

Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.
Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.
Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Digər Xəbərlər

Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

Tokayevdən İlham Əliyevə hədiyyə - VİDEO

Ekspert: “Məsuliyyətsizlik faciə ilə nəticələnir”

AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni danışdı - VİDEO

DYP-dən körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət
