adalet.az header logo
  • Bakı -°C
07 Mart 2026 19:11
87
ŞOU-BİZNES
A- A+

Təkcə serialda deyil, həyatda da eşq yaşayırlar

Türkiyənin məşhur serialı “Uzak Şehir”in “Kaya” və “Zerrin”i haqda eşq iddiaları yayılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, obrazları canlandıran aktyorlar Atakan Özkaya və Dilin Döğer sevgi xəbərlərini öncə təkzib ediblər.

Daha sonra Dilin Döğer həmkarı Atakan Özkaya ilə uzun müddətdir davam edən dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu açıqlayıb:

“Zamanla həyat bizi başqa bir yerə gətirdi və bəli, biz birlikdəyik”.

Bununla belə o, münasibətlərini gizli saxlamağa üstünlük verdiklərini bildirib.