08 Noyabr 2023 13:46
8639
LAYİHƏ

Tələbələr Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı zəfərindən 3 il ötməsi və 9 Noyabr milli rəmzimiz olan Bayraq Günü münasibətilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər baş tutub.

Adalet.az xəbər verir ki, ATGTİ və Tələbə Gənclər Təşkilatlarının 3000-dən çox aktiv l Fəxri xiyabanda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ll Fəxri xiyabanda dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad ediblər.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İctimai Birliyi və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Bayraqdar” layihəsi çərçivəsində gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə görüşlər reallaşdırılmışdır. Torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsinin hörmət və ehtiramla anılması, habelə tələbə gənclərin Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin ilə daha yaxından tanış olması məqsədilə təşkil olunan görüşlər paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrində baş tutub.

Əlavə olaraq, İttifaq tərəfindən Gənclər Fondunun dəstəyi ilə reallaşan layihələr çərçivəsində Vətən Müharibəsində qazanılan qələbə və Bayraq Gününün qeyd olunması məqsədilə ali və orta ixtisas təhsili müəssiələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Qələbə” , “Müstəqilliyimiz Əbədidir”, “Şəhidlər Ölməz, Vətən Bölünməz!”, “Heydər Əliyevin şah əsəri: Müstəqil və qalib Azərbaycan” , “Uğura gedən yol”, “Dastana döndü” , “Bayraq günü” , Xarici dillərdə müstəqil Azərbaycanın zəfəri haqqında tələbələrin məlumatlandırılması məqsədilə “Victory Day” adlı tədbir, “Qarabağ, sən azadsan!”, “Hərbi qənimətlər parkına ekskursiya”, “Zəfər eksursiyası”, “Atadan-oğula” adlı dəyirmi masa, “Zəfər Günü” intellektual yarışı və bir çox müxtəlif istiqamətli görüşlər, konfranslar, konsert proqramları və dəyirmi masalar keçirilmişdir.

Eyni zamanda tələbə gənclərin vətənpərvərlik, musiqi, intellektual oyunlar klubları, mədəniyyət klubları və debat klubları şəbəkələrinin təşkilatçılığı ilə silsilə tədbirlər reallaşmışdır. Vətənpərvərlik klubu tərəfindən “Qələbə rəmzi”, “Bayraq mənliyimdir”,  “Unutmadıq, unutmarıq” adlı tədbirlər keçirilib. Mədəniyyət klubları şəbəkəsi tərəfindən müxtəlif video-çarxlar nümayiş etdirilib, şeirlər və vətənpərvərlik fonunda müxtəliflər tədbirlər, ZəfərimİZ’ə həsr edilmiş “Zəfər Debat turniri” adlı turnir təşkil olunub.

Həmçinin Xarici dillər klubları şəbəkəsi tərəfindən Bakı Slavyan Universitetində xarici və yerli tələbələrin iştirakı ilə Azərbaycan, onun tarixi və əlamətdar günləri haqqında ətraflı məlumatlar çatdırmaq məqsədilə ingilis və rus dillərində “Bayraq günü - Xarici tələbələrin gözündə” adlı tədbir, müəllim və tələbə kollektivinin iştirakı ilə zəfərimizin dünəni, bugünü və gələcəyi haqqında dəyirmi masalar keçirilib. Tarix klubları şəbəkəsi tərəfindən “Əsrin Fatehi” adlı tədbir, İntellektual biliyin artırılması üçün Zəfər gününə həsr olunmuş “Zəfər paradı” adlı intellektual yarış olmaqla müxtəlif layihələr reallaşdırılıb.