09 Iyul 2025 17:42
96
ELM VƏ TƏHSİL

Tələbələrin köçürülməsi prosesinə start verildi

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

Bu barədə Adalet.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
    Tələbələrin köçürülməsi ilə bağlı müəyyən edilmiş qaydalar, tələb olunan sənədlər və digər zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

    https://e-qanun.az/framework/56513

    https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi