"Tələbələrin Qarabağda işləməyini mənfi hal saymıram" - Etibar Əliyev Aqil Abbasın təklifini DƏSTƏKLƏDİ
Deputat Aqil Abbas Milli Məclisin ötənilki payız sessiyasında keçirilən plenar iclasında tələbələrin Tələbə İnşaat Dəstəsinə qoşulması və Qarabağda işləməyə sövq edilməsi ilə bağlı təklif irəli sürüb.
Adalet.az xəbər verir ki,Bakıvaxtı.az-a açıqlama verən millət vəkili Etibar Əliyev həmkarının bu fikrini dəstəklədiyini bildirib: “Mən Aqil Abbasın bu fikrini mütərəqqi hesab edirəm. Biz Sovet dönəmində təhsil almışıq. O dövrdə bizi ikinci və üçüncü kursun yay tətilində həm Tumenə, həm də Murmanska tələbə inşaat dəstəsinə dəvət etmişdilər. Biz orda məktəb tikmişik. Bəlkə də bizim o məktəbi inşa etməyimiz tarixdə qalıb".
Deputat hesab edir ki, bütün hallarda tələbələrin yay tətilində məşğuliyyəti üçün imkanlar yaratmaq lazımdır.
“Artıq torpaqlarımız işğaldan azad olunub və orda quruculuq işləri aparılır. Əlbəttə ki, tələbələrin Qarabağda işləməyini mənfi hal saymıram. Hər bir halda bu, özü də sosiallaşmaq üçün bir vasitədir. Əvvəllər yataqxanalar var idi. Yataqxanalar böyük sosiallaşma mərkəzi idi. Tələbələr sosiallaşmaqla bir-birləri ilə fikir mübadiləsi apara, ərazilərimizlə tanış olmuş olarlar”, - deyə Etibar Əliyev bildirib.
Digər Xəbərlər
02 May 2026 13:46
"Təhsil işçilərinin rifahı bizim üçün prioritetdir" - Araz Paşayev
01 May 2026 23:53
Şəkidə eyni məktəbin iki şagirdi maksimum bal topladı
01 May 2026 17:46
6 nəfər imtahandan xaric olunub - RƏSMİ
01 May 2026 17:43
İmtahanda 8 nəfər 300 bal topladı
01 May 2026 17:41
Buraxılış imtahanının nəticələri elan olundu
01 May 2026 10:20
Lənkəran Dövlət Universiteti əməkdaşlığı genişləndirir
30 Aprel 2026 11:49
Rezidenturaya qəbul imtahanı ilə bağlı VACİB XƏBƏR
30 Aprel 2026 11:21


Bakı -°C

