Təranə Salıfovaya vəzifə verildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.
Adalet.az xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Təranə Salıfova Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb. 2016-2019-cu illərdə isə doktorantura təhsilini başa vurub. 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.
O, 2011-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.
2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, həmin ilin sentyabr ayından Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb.
2024-cü ilin avqust ayında mərkəzin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.
Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Təranə Salıfova 2020-ci ildən etibarən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında tədris aparır. O, yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

