Tərtərdə 3 nəfər MİNAYA DÜŞDÜ
2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
Digər Xəbərlər
22 Dekabr 2025 11:34
Geomaqnit qasırğası gözlənilir
22 Dekabr 2025 10:47
Bakıda bacı-qardaş faciəli şəkildə öldülər
22 Dekabr 2025 09:59
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
22 Dekabr 2025 09:18
Bakıda kişi evdə yanaraq öldü
19 Dekabr 2025 18:48
Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
19 Dekabr 2025 16:22
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
19 Dekabr 2025 15:25
Rusiya müharibəsinə yollanan Ağdaş sakinindən bir ildir xəbər yoxdu – FOTOLAR
19 Dekabr 2025 12:02


Bakı -°C

