Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb
Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus “Walther” markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.
Bundan başqa keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı bir ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
26 Aprel 2024 10:12
Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
25 Aprel 2024 11:48Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
25 Aprel 2024 09:54Xankəndidə silah-sursat aşkar edildi
24 Aprel 2024 11:16Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
24 Aprel 2024 10:16