“Tez çəki atmaq üçün ac qalmaq” düzgündürmü?
Tez çəki atmaq üçün ac qalmaq düzgün deyil. Kəskin kalori məhdudiyyəti (çox aşağı kalorili pəhrizlər) qısamüddətli çəkidə azalmaya səbəb olsa da, uzunmüddətli nəticələri zəifdir və sağlamlıq risklərini artır”.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sağlam çəki itkisinin həftədə təxminən 0,5–1 kq olduğunu, bu templə verilən çəkinin daha çox qorunduğunu tövsiyə edir:
“Çox aşağı kalorili pəhrizlər zamanı yağla bərabər əzələ kütləsidə azalır. Bu, “yo-yo” (verilən çəkinin geri qayıtması) riskini artırır və növbəti cəhdləri daha çətin edir. Bu zaman öd daşı yaranma riski artır, arıqlama öd tərkibində xolesterinin artmasına və öd kisəsinin boşalmasının zəifləməsinə görə öd daşı əmələ gəlmə riskini yüksəldir. Bu, çox aşağı kalorili pəhrizlər və bariatrik əməliyyatlardan sonra xüsusilə müşahidə olunur. NIDDK (ABŞ Milli Diabet və Həzm Xəstəlikləri İnstitutu) sürətli çəki itkisinin öd daşı riskini artırdığını sübut edən araşdırmaları var”.
Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qidalanma çatışmazlıqları və digər fəsadlara isə çox sərt məhdudiyyətlər vitamin-mineral çatışmazlığına, halsızlıq və sağlamlıq problemlərinə gətirə bilər:
“Klinik nəzarət olmadan çox aşağı kalorili pəhrizlərdən istifadə tövsiyə olunmur. Yavaş və davamlı templə arıqlamaq məsləhət görülür. Həftədə 0,5–1 kq. Bu nəticə hər zaman daha dayanıqlıdır və sağlamlığa mənfi təsir etmir. Planlı qidalanma, real hədəflər, porsiya nəzarəti, gündəlik hərəkət, stresin idarəsi və yuxu — hamısı ilə birlikdə daha uğurlu nəticə əldə etmək olar. Bu zaman təbii ki, keyfiyyətli qida seçimi mütləq şərtdir, tam taxıllar, paxlalılar, tərəvəz-meyvə, qoz-fındıq, protein mənşəli qidalara üstünlük verilməlidir”.
E.Məmmədov sonda qeyd edib ki, beləliklə ac qalmaqla sürətli arıqlama nə təhlükəsiz, nə də dayanıqlıdır:
“Tibbi sübutlar tədricən və planlı çəki azaldılmasının üstün olduğunu göstərir”.
Digər Xəbərlər
04 Noyabr 2025 13:28
Saxta ballar...
04 Noyabr 2025 10:31
Əczaçılıq fəaliyyəti necə tənzimlənir? – Nazirlikdən “Sağlam radio” da CAVAB
04 Noyabr 2025 10:30
Nazirlikdən dərman reklamları ilə bağlı AÇIQLAMA
04 Noyabr 2025 10:29
Şübhəli dərmanla rastlaşdıqda nə etməli?
03 Noyabr 2025 17:14
Niyə sürtgəcdən keçirilmiş pendir almaq olmaz? - TƏHLÜKƏLƏR
03 Noyabr 2025 16:20
“MedAura”da gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ
03 Noyabr 2025 09:13
Qlobal xəstəliyə səbəb olan amillər
30 Oktyabr 2025 14:20


Bakı -°C

