Saxta ballar...
Deyirlər ki, bal min bir dərdin dərmanıdır. Amma gərək bal da bal ola da! Yoxsa bal adıyla bal alırsan, bir barmaq dadına baxırsan və görürsən ki, bu yediyin bal deyil, şəkər tozudur.
Bax onda bir daha yəqin edirsən ki, hər bal satandan bal almaq olmaz. Yəni balı əsil arıçıdan almaq lazımdır.Bakıda da hər il bal satışı təşkil edilir. Və bu ildə " Gənclik" metrostansiyaların yaxınlığındakı yarmarkada bal satışı təşkil edilib. Kilosu 20 manatdan 80 manata qədər bal var! Satanların da hamısı deyir ki, xalis baldır. Amma onların dediklərinə də inanmaq olmur.
Bir arıçı xeyir ki, bir ton bal gətirib. Heç bir ton da təmiz bal olar. Ona görə də, camaat bal alanda ehtiyatlı olur.Arıçı Habil Əliyev deyir ki, mənim ilboyu uzaqbaşı 250 kilo balım ola , ya olmaya! Heç vaxt bazara bal çıxarmıram və əvvəlcədən müştərilərim mənim balımı alırlar. Bir dəfə məndən bal alan adam daimi müştərim olur.
Və bir də saxta balla təmiz balı müəyyənləşdirmək o qədər də çətin deyil.Təmiz bal xarlayır və yuxarıdan aşağı süzəndə heç vaxt qırılmır. Bir də bala haram qatdın ha, bax onda arılar da səndən küsür. Bu iş halallıq və dürüstlük sevir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10
SN-nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
02 Dekabr 2025 10:09
Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?
01 Dekabr 2025 13:35
Ötən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı
01 Dekabr 2025 10:03
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
28 Noyabr 2025 09:54
Bu qidaları qəbul edirsinizsə, ürəyiniz sağlam olacaq
26 Noyabr 2025 14:03
“Alkoqol, naroktik kimi vasitələr də zorakılıq riskini artıran amillərdəndir”
25 Noyabr 2025 11:09


Bakı -°C

