Şübhəli dərmanla rastlaşdıqda nə etməli?
Vətəndaşlar dərman vasitəsinin keyfiyyəti və ya mənşəyi barədə şübhə yarandığı təqdirdə, nəzarətedici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.
Adalet.az xəbər verir ki, bu barədə 93 FM-in “Sağlam radio” verilişində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası”na əsasən, dərman vasitələrinin ekspertizası istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə Qurum tərəfindən ödənişsiz aparılır.
T.Həsənova bildirib ki, vətəndaşlar dərmanı və qəbzi Mərkəzin “Bir pəncərə” xidmətinə təqdim etməklə ekspertiza tələb edə bilərlər. Əvvəlcə dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmadığı müəyyən edilir, daha sonra laborator müayinəsi aparılır:
"Araşdırma yekunlaşdıqdan sonra “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, vətəndaşa yazılı formada məlumat verilir: “Əgər dərman vasitəsi dövlət qeydiyyatından keçməyibsə, vətəndaş bu barədə rəsmi qaydada məlumatlandırılır”.
Digər Xəbərlər
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07
Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? - VİDEO
10 Mart 2026 13:20


Bakı -°C

