Təzadlarla zəngin 23 avqust- Maraqlı

Bu gün istər Azərbaycan, istərsə də dünya tarixi üçün bir çox hadisələrlə əlamətdardır.
Səfəvi və Osmanlı dövlətləri arasında 1514-cü ildə olmuş Çaldıran döyüşü
Fransada silsilə dini müharibələr nəticəsində 1572-ci ildə baş verən "Varfolomey gecəsi"
I Pyotrun müstəmləkə siyasətinə qurban getmiş Dərbəndin işğalı
Bir sıra əhəmiyyətli qərarlarla tarixə keçən 1916-cı il tarixli Ümumrusiya müsəlmanlarının III qurultayı
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qüvvəyə minən Vətəndaşlıq haqqında qanun
Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək haqqında on il müddətinə bağlanmış 1939-cu il tarixli Molotov-Ribbentrop paktı
Bütün bu hadisələr məhz avqust ayının 23-nə təsadüf edib. Göründüyü kimi, təqvimin 23 avqust günü dünya tarixi üçün birmənalı xarakterizə edilmir.
Sahib Əsədbəyli