25 Iyun 2024 10:59
617
İQTİSADİYYAT

Ən yüksək əmək haqqı verən ölkənin əhalisi niyə ölkədən qaçır?

ABŞ-ın “The CEOWORLD maqazine ” biznes jurnalı 2024-cü ilin ən yüksək orta aylıq əmək haqqı verən ölkələrin siyahısını dərc edib.

Adalet.az
xəbər verir ki, jurnal 196 ölkənin daxil olduğu reytinq cədvəlini hazırlayıb.

“The CEOWORLD ” hesabatında 2024-cü ildə ən yüksək orta aylıq əmək haqqı 8 111 dollar olmaqla İsveçrədə verildiyi deyilir.
Lüksemburqda 6 633 dollar, ABŞ-da 6 455 dollar, İslandiyada 6 441 dollar, Norveçdə 5 665 dollar, Danimarkada 5 642 dollar, Kanadada 5 081 dollar, Qrenlandiyada 4 665 dollar, İrlandiyada 4 622 dollar, Hollandiyada 4581 dollar olub.

Qafqaz respublikaları da hesabatda yer alıb. Ermənistan 541 dollar əmək haqqı ilə 92-ci yeri tutub. Gürcüstan 93-cü yer: 534 dollar, Azərbaycan 99-cu yer: 494 dollar.
Rusiya da jurnalın 34-cü yerində bərqərar olub. 2159 dollar.
Yeri gəlmişkən, jurnalın yazdığına görə , maliyyə, sığorta, elektrik enerjisi, mədənçıxarma, informasiya texnologiyaları, pərakəndə satış və təhsil ən yüksək maaşlı işləri təklif edir. Digər tərəfdən, inzibati dəstək, mehmanxana biznesi və tikinti ən aşağı ödənişli sektorlardır:”Lakin, müxtəlif ölkələrdə maaşları müqayisə edərkən inflyasiya faktorunu nəzərə almaq vacibdir. Son illər bir çox ölkələrdə yüksək səviyyədə inflyasiya qeydə alınıb ki, bu da alıcılıq qabiliyyətinə toxuna bilər”- deyə jurnalda qeyd olunub.
Qeyd edək ki, ötən ilin dekabrında investisiya şirkəti olan “Galt & Taggart” növbəti dəfə Qafqaz dövlətləri arasında müqayisələr aparıb, hesabat hazırlamışdı. Hesablamalara görə, həmin hesabda deyilirdi ki, 2023-cü ildə Gürcüstan adambaşına düşən gəlirə görə Cənubi Qafqazda liderlik yolundadır.
Analitiklər qeyd edirlər ki, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək.


P.S.Xarici iqtisadi yönümlü təşkilat və nəşrlərin Ermənistanı belə “şişirtməkdə” məqsədini anlamaq çətin olsa da, amma son 4 ildə "məzlum ermənilərə" dünya ölkələrindən gələn ianə və dilənçi payları bəlkə də bu nəşr və təşkilatları haqlı çıxarır.

Məsələnin bir “əmma”sını da qeyd etmədən ötmək mümkün deyil. Doğrudan da, əgər Ermənistanda əhali yazıldığı kimi “yağ-bal” içərisində yaşayırsa niyə o zaman ölkə getdikcə boşalır. Niyə erməni mediası əhalinin ölkədən baş götürüb qaçdığını  həyəcanla bildirir.  Erməni mediasının faktlarına diqqət edək: 2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə ölkəni tərk edib və qayıtmayıb. Son 10 ildə isə bu rəqəm 291 min 327 nəfər təşkil edib. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Son üç ildə isə turist adı ilə Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir. Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində bir milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizi deməkdir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əmək qabiliyyəti olan şəxslər üstünlük təşkil edir.
Hazırda bilmirik xarici jurnal və təşkilatlara inanaq, yoxsa, gözümüzlə gördüyümüz faktlara...

 Əntiqə Rəşid