30 Avqust 2023 10:51
1101
MARAQLI

Tiflis şəhərində erməni-müsəlman davası 

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:

Tiflis şəhərində erməni-müsəlman davası

Dekabr ayında erməni tayfası yenə dinc dura bilməyib, hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstün hücum çəkdilər. Müsəlmanların bu hücumdan xəbərləri olmadığından ermənilərə layiqli cavab vermək üçün yanlarında silah və sursat yox idi. Hadisədən xəbər tutan gürcülər tüfəng və patronlar müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün səngərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gecə-gündüz ermənilərlə atışdılar.

Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri-kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir gecə-gündüz vuruşdan sonra çoxlu erməni qırıldı. Qalanları isə aradan çıxdı”. 

Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn 
Ardı var...