30 Oktyabr 2025 10:27
84
DÜNYA

Tokayevin sabiq müşaviri döyülərək öldürüldü

Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin sabiq müşaviri, prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin keçmiş rəhbəri Erjan Babakumarov döyülərək öldürülüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, məmur bir qrup şəxslə Astanada mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib. 

56 yaşlı Babakumarov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb. 

Qətl faktı ilə bağlı cinayət işi açılıb. 

Məlumata görə, Erjan Babakumarov 2 mart 1969-cu ildə Taldıkorqan vilayətində anadan olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 1996-cı ildən müxtəlif dövlət vəzifələrində çalışıb.