30 Oktyabr 2025 08:25
71
DÜNYA

Rusiya-Türkiyə bərə xidməti BƏRPA OLUNDU - 14 ildən sonra

14 illik fasilədən sonra Soçi və Trabzon şəhərləri arasında sərnişin-yük bərə xidməti yenidən fəaliyyətə başlayacaq.

Adalet.az xəbər verir ki, noyabrın 5-dən etibarən fəaliyyətə başlayacaq "Seabridge" bərəsi 450 sərnişin və 200-dən çox avtomobil daşıya biləcək. Bərə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı - işləyəcək və səyahət təxminən 12 saat davam edəcək.

Qeyd edək ki, ilk səfər əvvəlcə oktyabrın 29-na planlaşdırılsa da, 5-6 bal gücündə fırtına səbəbindən noyabrın 5-nə təxirə salınıb.