Şəlalə Camal: Gəl, hisslərimə ad qoy...
İynənin ucunda olan sap kimiyəm —
bir az sənə bağlı,
bir az qopmağa qorxan.
Əlini azacıq tərpətsən,
Sanki qırılacam, qopacam.
Gəl, hisslərimə ad qoy.
Mən tapa bilmirəm.
Sevgi deyirəm çox dərin olur,
Asılılıq deyirəm çox ağrılı...
Arasında qalıram.
Sanki özümə toxunsam, sən ağrıyarsan.
Bəzən mənə elə gəlir,
sənə baxmaq
görmək deyil
kor olmaqdır.
Həm bir də əcəbdir...
Hə, bu arada maraqlan gör,
Görəsən, əlillik düşərmi mənə?
Səndən başqasını görə bilmirəm...
Heç bir söz sığmır bu qarışıqlığın içinə...
Baxmaq bacarığı itərmi insanda,
birini çox gördüyün üçün?
Onu da Allah çox görər sənə...
Bəzən o qədər incəlirəm ki...
elə bil iynənin ucundayam,
məni tərpətməsinlər deyə nəfəsimi saxlayıram.
Səni düşünmək
yaşamaq kimi görünür,
amma hiss edirəm:
bu, bir az da ölmək kimidi.
Sənin xəyalın yaşadır amma...
Çox sağ ol ki, yaşadırsan.
Sanki dünya
sənin siluetindən ibarətdir,
sənin səsindən doğulur,
sənin susmağınla dayanır.
Mən iynənin ucundayam,
bir az sən,
bir az mən,
bir az da heç kim.
Digər Xəbərlər
17 Dekabr 2025 09:58
Hay ver bizə, cənab leytenant…
16 Dekabr 2025 17:44
ŞƏRƏFLİ ÖMÜR, UNUDULMAZ İNSAN
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 15:28
Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36


Bakı -°C

