Tokio-2020: 11 dəst medalı 28 ölkə qazandı - SİYAHI
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 7 növ üzrə 11 dəst medal sahibini tapıb.
Adalet.az-ın məlumatına görə, medal yarışları kamandan oxatma, şose velosipedi, qılıncoynatma, cüdo, atıcılıq, taekvondo və ağırlıqqaldırma növlərini əhatə edib. Fəxri kürsüyə 28 ölkənin təmsilçiləri qalxıb.
Çin 3 qızıl, 1 gümüş və 4 bürünc medalla həm kəmiyyət, həm də keyfiyyətcə birinci pillədə qərarlaşıb. İtaliya və Yaponiya medal əyarında hərəyə 1 qızıl və 1 gümüş medalla sonrakı iki yeri tutsa da, medal sayında üçüncü olub.
Medal sayında 2-ci yeri isə 1 qızıl və 2 bürünc medala malik Cənubi Koreya tutub.
TOKİO-2020: MEDAL SIRALAMASI
N | Ölkə / MOK | qızıl | gümüş | bürünc | Cəmi | Medal sayı üzrə yer |
1. | Çin | 3 | 0 | 1 | 4 | 1 |
2. | İtaliya | 1 | 1 | 0 | 2 | 3 |
2. | Yaponiya | 1 | 1 | 0 | 2 | 3 |
4. | Cənubi Koreya | 1 | 0 | 2 | 3 | 2 |
5. | Ekvador | 1 | 0 | 0 | 1 | 7 |
5. | Macarıstan | 1 | 0 | 0 | 1 | 7 |
5. | İran | 1 | 0 | 0 | 1 | 7 |
5. | Kosovo | 1 | 0 | 0 | 1 | 7 |
5. | Tailand | 1 | 0 | 0 | 1 | 7 |
10. | ROK (Rusiya) | 0 | 1 | 1 | 2 | 3 |
10. | Serbiya | 0 | 1 | 1 | 2 | 3 |
12. | Belçika | 0 | 1 | 0 | 1 | 7 |
12. | İspaniya | 0 | 1 | 0 | 1 | 7 |
12. | Hindistan | 0 | 1 | 0 | 1 | 7 |
12. | Niderland | 0 | 1 | 0 | 1 | 7 |
12. | Rumıniya | 0 | 1 | 0 | 1 | 7 |
12. | Çin Taypeyi | 0 | 1 | 0 | 1 | 7 |
12. | Tunis | 0 | 1 | 0 | 1 | 7 |
19. | Estoniya | 0 | 0 | 1 | 1 | 7 |
19. | Fransa | 0 | 0 | 1 | 1 | 7 |
19. | İndoneziya | 0 | 0 | 1 | 1 | 7 |
19. | İsrail | 0 | 0 | 1 | 1 | 7 |
19. | Qazaxıstan | 0 | 0 | 1 | 1 | 7 |
19. | Meksika | 0 | 0 | 1 | 1 | 7 |
19. | Monqolustan | 0 | 0 | 1 | 1 | 7 |
19. | Sloveniya | 0 | 0 | 1 | 1 | 7 |
19. | İsveçrə | 0 | 0 | 1 | 1 | 7 |
19. | Ukrayna | 0 | 0 | 1 | 1 | 7 |