"Top" Trampdadır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
172 | 2025-03-17 12:12

Dünyanın diqqəti hazırda Vaşinqton- Moskva danışıqlarının nəticələrinə yönəlib. Çünki, təkcə Ukrayna münaqişəsinin həlli deyil, eyni zamanda fəlakətlərə apara biləcək Üçüncü dünya müharibəsiin başlaması təhlükəsi də, bu danışıqlardan asılıdır.

Qərbin kollektiv siyasətinin hazırki vəziyyəti qiymətləndirmələri və proqnozları da, hələ ki, ürək açan deyil. Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, Putinin Trampın 30 günlük atəşkəs elan olunması təklifinə  cavabı kifayət qədər qənatbəxş sayıla bilməz. 

 "Prezident Trampın atəşkəs elan olunması təklifini bəyənməməsi bir daha  göstərir ki, Putin sülh əhvalında deyil"- deyə baş nazir bildirib.

Britaniyanın xarici işlər naziri Devid Lemmi, birbaşa Rusiyanın nə etməli olduğunu xatırladır: "Heç bir şərt qoymadan atəşin dayandırılmasının vaxtı yetişib. Ukrayna öz mövqeyini ortaya qoyub, onu qəbul etmək növbəsi Rusiyadadır".

  Hər məsələyə "mən də varam" deyə özünü yuyulmamış çömçə kimi ortalığa atan, Fransa prezidenti Emmanuel Makron da, ingilis həmkarlarının səsunə səs verərək bildirib ki,  "Hazırda Rusiya,  ABŞ və Ukraynanın 30 günlük barışıq təklifini qəbul etməlidir., Rusiyanın Ukraynaya qarşı aqressiyası dayandırılmalıdır.  Yaranmlş vəziyyətdən süni istifadə edilməsi dayandırılmalı və təklifə cavab verilməsi uzadılmamalıdlr".

Əslində Rusiyanın 30 günlük sülh təklifini inkar etməsi, ABŞ-Ukrayna danışıqlarını çətin duruma salır  və onu formal vəziyyətə gətirir. Göründüyü kimi Avropa bu məsələnin həllində gücsüzdür çünki, vəziyyəti idarə edənlər Avropada oturmurlar. Putin isə, vaxtı uzatmaqla mümkün qədər yaranmış vəziyyətdən maksimum yararlanmaq istəyir. 

 Təbii ki, Rusiya prezidenti istəyinə tam çata bilməyəcəyini anladığı zaman, nisbətən geri çəkilə bilər. Bu günədək bütün məsələləri Tramp administrasiyası həll edir. Ukraynaya silah göndərulməsi dayandırılıb, Rusiyaya qarşı kəşfiyyat xarakterli məlumarların verilməsi dayandlrılıb, Putin sadəcə bunu davam etdirməlidir. Kremlın Trampın təklifinin qəbul edilməməsi ABŞ prezidentinə göstərəcək ki, Putinə güzəştlərə getmək sülh gətirməyəcək. Tramp anlayacaq ki, müharibəni bitirəcəyi ilə bağlı verdiyi sösünü yerinə yetirmək üçün, Birləşmiş Ştatların Ukraynanı hərbi cəhətdən dəstəkləməsi vacibdir. 

The Washington Post qəzeti kollektiv qərbi Rusiyaya qarşı "xaç yürüşünə" səsləyir. Kollektiv Avropa Ukraynadakı mövqelərini itirmək istəmir. Ona görə də, çanfəşanlıqla  Kiyevə yardım etməkdə davam edir. Onlar ümid edirlər ki, Tramp və onun komandası da nəhayət məsələnin mahiyyətini anlayacaqlar və Baydenlə qlobalistlərin siyasətini davam etdirəcəklər. 

 ABŞ-ın dövlət katibi Rubio bəyan edib ki, "biz hesab etmitik ki, Rusiya danışıqları uzatmaq istəyir, əksinə Moskva tərəfindən irəliyə doğru addımlar atılır. 

  Daha əvvəldə yazdığımız kimi,  Rusiya prezidenti istəyinə çatmaq üçün, müharibəni mümkün qədər uzatmaq istəyir. Ona görə də, müxtəluf bəhanələrlə sülh danışıqlarlndan boyun qaçırmaq istəyir. Hələ ki, ağır itkilər hesabına olsa da, cəbhədə vəziyyət Putinin xeyrinədir və o, müharibəni uzatmaqla bu vəziyyətdən maksimum uduşla çıxmaq istəyir...

 Hazırda "top" Trampdadır. "qələbə topunun" vurulub-vurulmamayacsğı  ondan asılıdır. Vaxt isə sürətlə gedir bə onun uzanması fəlakətlərə gətirib çıxara bilər...

 
 

TƏQVİM / ARXİV