31 Avqust 2023 13:47
1346
MARAQLI

TOŞ-TOŞ, AY ÇOXQOHUMLU BƏXTƏVƏR 

Abdal Qasım bəyin evinin yanından keçəndə eşşəyinə bir-iki çubuq vurub deyir:

- Toş-toş, ay bəy, toş-toş.

Bunu eşidən bəyin nökər-naibi tökülüb Qasımı döyürlər.

Qasım üst-başını təmizləyəndən sonra eşşəyinə bir-iki çubuq verib deyir:

- Toş-toş, ay çoxqohumlu bəxtəvər.

İndi Parisin meri İdalqo da iti-qurdu yığıb başına, gəlib Ermənistan-Azərbaycan sərhədinə – sərhəd-keçid məntəqəsinin qapısına. Və təbii ki, Azərbaycana buraxılmayacaq, o da bir az hürəcək və dünyadakı bütün çaqqallar da ona qoşulub bir az hürüb bir neçə gün baş-beynimizi ağrıdacaqlar.

Bundan sonra ermənilərin ümidi qalır Kim Kardaşyana, gələ dalıyla sərhəd-keçid məntəqəsini aça.