Tovuzda 36 yaşlı kişi qətlə yetirildi
Mayın 5-i saat 18 radələrində Tovuz rayonu, Əyyublu kənd sakini 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər Xəbərlər
08 Aprel 2026 13:10
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
08 Aprel 2026 12:09
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
08 Aprel 2026 10:40
Qanunsuz silahlar aşkarlandı
07 Aprel 2026 11:28
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56


Bakı -°C

