Toy karvanında avtoxuliqanlıq etdilər - VİDEO
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.
Adalet.az xəbər verir ki, onlar idarə etdikləri “Mercedes” və “Tofas” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.
Digər Xəbərlər
22 Aprel 2026 18:30
30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti beton boruda gizlədiblər
22 Aprel 2026 16:11
Ucarda narkotik vasitələr məhv edildi
22 Aprel 2026 13:14
11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı
21 Aprel 2026 17:09


Bakı -°C

