Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Adalet.az-ın məlumatına görə, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Pəncəli Teymurov olub.
P.Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib.
1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə" medalı ilə mükafatlandırıb.
Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astararayonu Əzarüd kəndində dəfn olunub. Dövlət başçısının 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" demişdi.
Digər Xəbərlər
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

