Tramp 35 trilyon dollar dövlət borcunu "atacaq"
ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçilərsə, 35 trilyon dollar dövlət borcunu, kriptovalyuta hesabına silmək (əslində atmaq) variantını təklif edəcəcək.
"Ola bilər ki biz 35 trilyon dollar dövlət borcunu kriptovalyuta ilə bağladıq. Mən, kiçik bir kağız parçasında: "35 trilyon dollarlıq kriptovalyuta yazacam və artıq bizim borcumuz olmayacaq"- deyə Tramp bəyan edib.
Wall Street Journal yazır ki, Respublikaçılar və Demokratlar partiyaları dövlət borcunu və büdcə kəsirini sadəcə olaraq tanımamayacaqları barədə razılığa gəliblər.
Yəni dünyada özünü "ədalət carçısı", "demokratiyanın banisi", "haqq tərəfdarı" və s. kimi elan edən dövlət, faktiki olaraq 35 trilyon dollar dövlət borcunu "atmaq" fikirindədir.
"Sem dayı" bilir ki, bu dünyada kimsədə o borcu onlardan almaq və ya tələb edəcək cəsarət yoxdur...
Təsəvvür edirsiniz, 35 trilyon dollar, rus rublu ilə 3.4 kvadrıllion rubl edir. İran pulu ilə isə yəqin ki, heç 35 trilyon yük vaqonu da daşıyıb qurtara bilməz...
Rüstəm Hacıyev