İspaniya millisi daşqınlardan zərər çəkənlər üçün xeyriyyə oyunu keçirəcək

İspaniya milli komandası daşqınlardan zərər çəkən insanlara kömək məqsədilə xeyriyyə oyunu keçirəcək.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün gələn ilin mart ayında Valensiya şəhərində oynanılması nəzərdə tutulub. Matçdan əldə ediləcək gəlir daşqınlar zamanı zərər görən insanlara xərclənəcək.
Hələlik oyunun hansı ölkənin yığmasına qarşı keçiriləcəyi dəqiq deyil.
Qeyd edək ki, son məlumatlara görə, İspaniyada ölümcül daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq altında qalıb.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
