Tramp Baydenə baxanda əsl "sülh göyərçini"dir - Prezidentlik dönəmlərinin müqayisəsi...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp olub. Məlumata görə, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.
Adalet.az xəbər verir ki, seçki nəticəsindən narazı qalanlar var.
Beləki, ABŞ-da Federal Təhqiqatlar Bürosu Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə insanları kütləvi şəkildə güllələyəcəyi ilə hədələyən şəxsi həbs edib. Bu barədə cinayət materialında deyilir:
“İsaak Sissel Miçiqan ştatının Kanton şəhərində həbs edilib. Hüquq-mühafizə orqanları onun mühafizəkar xristianlara Tramp tərəfdarlarının kütləvi şəkildə güllələnməsi ilə bağlı təhdidlər dərc etdiyini müəyyən ediblər.
Sissel keçmiş prezident Trampın seçkidə qalib gələcəyi təqdirdə hədəsini həyata keçirəcəyinə söz verib”.
Qeyd edək ki, bəzi siyasətçi və politoloqlar düşünür ki, Tramp siyasətdə anidən qərar dəyişdirir və aqressiv olur. Bu isə ABŞ hökümətinin varlığı üçün qəbuledilməz haldır.
P.S. Bəzi siyasətçi və politoloqlara demək lazımdır ki, 46-cı president Co Bayden hakimiyyətə gələrkən bildirmişdi ki, münaqişə ocaqlarının sayını azaldacaq, dünyaya sülh gətirəcək. Amma gördüyünüz kimi, Co Baydenin hakimiyyəti dövründə xalqlar və dövlətlər araqsında ədavət daha da dərinləşdi, münaqişələr münaqişə sferasından çıxaraq müharibə dsiklinə dönüşdü. Dünyanın hər bucağında insan qanı axıdılır. Trampın president olduğu əvvəlki illərə baxanda isə planetin həmin dövrdə vəziyyəti bundan qat-qat yaxşı olub. Etiraz edən Co Baydenin prezident seçildiyi 2021-ci ildən üzü bəri baş verən müharibələri sayın. Xüsusən, saxta erməni uydurmasını " soyqırım"ı adlandırmasını da nəzərə alın və ermənilərə gedən yardımların miqdarına da baxın...
Son olaraq, Co Bayden prezident seçilərkən kifayət qədər kasıb olub. ABŞ siyasətçiləri arasında tərtib edilmiş siyahıda 588 yerin 577-ci yerinə malik olub. Amma Donald Tramp vəzifəyə bir başa var-dövlətin içərisindən gəlib. Bunun özü də bir meyardır. Həm də erməni lobbisinin puluna tamah salmamaq qədər önəmli bir haldır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi - VİDEO

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib
