Tramp final oyununu stadionda izləyəcək
ABŞ Prezidenti Donald Tramp ölkəsinin ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununu stadionda canlı izləyəcək.
Adalet.az xəbər verir ki, bu barədə "NBC News" yüksəkvəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Turnirin həlledici görüşü iyulun 13-də Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda keçiriləcək. Artıq finalın ilk iştirakçısı bəllidir. Yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2 cavabsız qolla qalib gələn İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmaya vəsiqə qazanıb.
London təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) matçının qalibi olacaq.
Digər Xəbərlər
01 May 2026 13:05
İran bu gün sülh təklifini təqdim edə bilər
01 May 2026 11:28
Pezeşkian ABŞ-yə güvənmir: "Danışıqlar prosesində İrana hücum edə bilərlər"
01 May 2026 10:37
İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır
01 May 2026 10:14


Bakı -°C

