Tramp İranı təhdid etdi
ABŞ-ın razılaşma təklifini rədd etməsindən sonra, prezident Donald Tramp yenidən İranı bir gecədə məhv edəcəyi ilə bağlı təhdid edib.
Pentaqon təsdiq edib ki, Tramp bu dəfə həqiqətən İranın məhv edilməsi üçün əmr verməyə hazırdır və bunun üçün hərbi cinayət sayımayan obyektləri müəyyənləşdirir.
The Waşington Post qızeti yazır ki, ABŞ prezidenti yaxın vaxtlarda İranın strateji əhəmiyyət daşıyan körpülərini, elektrik stansiyalarını vurmağı plsnlaşdırır.
"Bütün ölkəni bir gecədə məhv edəcəyik. Bu sabah baş verə bilər"- deyə Tramp növbəti dəfə rəsmi Tehranı hədələyib.
Bildirilir ki, Donslt Tramp strateji obyektləri bombalamaqla Cenevrə Konvensiyasını pizacağından belə çəkinmir. ABŞ prezidenti bəyan edib ki, aldığı kəşfiyyat məlumarlarına görə, guya İranln dinc əhalisi Birləşmiş Ştatların İranı bombalamasından razılıqlarını bildirirlər.
Trampın taxın ətrafı - vitse-prezident Di Vens, Stiv Uitkoff və yeznəsi Cared Kuşner hesab ddirlər ki, mümkün qədər razılaşmsnı başa çatdırmaq məsləhətdir. İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin liderləri isə, İran güzəştə getməyənə qədər atəşin dayandırılması ilə razılaşmaq olmaz.
Xəbər verildiyi kimi, İran Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda, Hörmüz boğazının açılmasından imtina edib.
Aparılan analizlərə görə, ABŞ İrana qarşı apardığı müharibədə gündəlik yüz milyonlarla vəsait xərcləyir. Ümumilikdə isə, İranın hücumlarına məruz qalan, Yaxın Şərqdə yerləşən hərbi bazalarına dəyən zərər 22,3- 31 milyard dollar dəyərində qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, göstərilən rəqəmlər dəqiq olmaya bilər. Dəqiq rəqəmlər müharibə başa çatdıqdan sonra müəyyənləşəcək.
Rüstəm Hacıyev
Digər Xəbərlər
20 Noyabr 2026 17:50
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - VİDEO
20 Noyabr 2026 17:00
Zaxarova: Bakı və İrəvan birbaşa dialoqa üstünlük verir
20 Noyabr 2026 11:41
Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
20 Noyabr 2026 00:11
“İranla bağlı qərar qəbul etməyə tələsmirəm” - Tramp
19 Noyabr 2026 23:44
"Mənimlə danışmaq istəmirsən?" - Zelenski Putinə təklif irəli sürdü
19 Noyabr 2026 23:39
Növbəti danışıqlar bu ölkədə keçirilə bilər
19 Noyabr 2026 23:23
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
19 Noyabr 2026 22:37


Bakı -°C

