Tramp: İranın nüvə silahı olmamalıdır
ABŞ Prezidenti Donald Tramp hər hansı bir razılaşmada İranın nüvə silahına malik olmamasının təmin edilməsinin prioritet olduğunu da bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "Al Jazerra" məlumat yayıb.
"Nüvə silahı olmamalıdır, məsələnin 99 faizi budur", - Tramp vurğulayıb.
O, Hörmüz boğazının tezliklə açılacağını, Vaşinqtonun mühüm su yolunda İranın de-fakto ödəniş məntəqəsi sistemini tətbiq etməsini qəbul etməyəcəyini bildirib. "Biz oranı kifayət qədər tez bir zamanda açacağıq", - Tramp əlavə edib.
Tehran müharibəyə son qoymaq üçün ABŞ ilə razılaşma əldə olunduğu təqdirdə belə, təhlükəsiz keçid üçün gəmilərdən rüsum almaq niyyətində olduğunu açıqlayıb.
"Əgər onlar belə etsə, biz buna imkan verməyəcəyik", - Tramp "Air Force One" təyyarəsinə minməzdən əvvəl jurnalistlərə deyib.
Digər Xəbərlər
11 Aprel 2026 11:02
Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı
11 Aprel 2026 09:29
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
11 Aprel 2026 09:10
BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb
10 Aprel 2026 23:58


Bakı -°C

