adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 16:47
86
DÜNYA
A- A+

Tramp: Maduronun sayılı günləri qalıb

ABŞ Prezidenti Donald Tramp deyib ki, Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sonu yaxınlaşır, onun sayılı günləri qalır.

Adalet.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub.

O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.

“Mən bu barədə danışmıram. Venesuelada əməliyyat keçirib-keçirməyəcəyimizi deyə bilmərəm. Bunu deyə bilərəm ki, o, (Maduro) həbsxanalardan, narkotik tacirlərinin arasında və digər yerlərdən milyonlarla adam göndərib. O, bunu bizim IQ-su çox aşağı olan prezidentimizin vaxtında edib. Bilirsiniz, Bayden IQ-su çox aşağı olan bir adamdır, xüsusilə indilərdə. Yəni, o 30 il bundan əvvəl də IQ-su zəif olan adam idi, amma indi daha da pisləşib. Onun bizim ölkəmizin başına gətirdikləri heç yaxşı deyil”, - Tramp bildirib.