adalet.az header logo
  • Bakı -°C
12 Yanvar 2026 09:33
81
DÜNYA
A- A+

Tramp özünü bu ölkənin prezidenti elan etdi - FOTO

ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti olduğunu bildirən foto paylaşıb. 

Adalet.az xəbər verir ki, sözügedən görüntü "Truth Social" sosial şəbəkəsində yayımlanıb. 

Belə ki, Trampın Vikipediyadan götürülmüş ekran görüntüsü qısa zamanda diqqət çəkib. Fotoda Trampın Latın Amerikası respublikasının müvəqqəti prezidentinin "andiçmə mərasimini" 2026-cı ilin yanvar ayında keçirdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusu Venesueladakı hərbi obyektlərə hava hücumu və xüsusi təyinatlı qüvvələrdən ibarət ordusu ilə quru əməliyyatı keçirib.  Nəticədə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib.  Onlar ABŞ-yə aparılıb və Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları ilə mühakimə olunmaqdadır.